RU

Türkiyənin gizli cənnəti — FOTOLAR

Türkiyənin zəngin tarixi, bənzərsiz mədəni irsi və möhtəşəm təbiət mənzərələri hər il milyonlarla turisti özünə cəlb edir.

Bu gözəlliklərin içərisində Sivas vilayətinin Gürün rayonunda yerləşən Gökpınar gölü təbiətsevərlər üçün sanki gizli bir cənnətdir.

Gürün təbiət baxımından nadir yerlərdən biridir. Burada yerləşən Gökpınar gölü şəffaf və təmiz suyu ilə hər kəsi özünə heyran qoyur. Gölün ən diqqətçəkici xüsusiyyətlərindən biri isə suyun rənginin günəşin bucağına görə dəyişməsidir. Gölün maviliyi ona bu adın verilməsinə səbəb olub. Göl iki əsas hissədən ibarətdir: kiçik göl alabalıq istehsalı, böyük göl isə turist ziyarətləri üçün nəzərdə tutulub.

Hər təbii gözəlliyin bir əfsanəsi olur. Gökpınar gölünün də özünə məxsus bir əfsanəsi var. Deyilənə görə, bir gün çoban Gökpınar gölünün yaxınlığında qoyunlarını otararkən qəribə bir səs eşidir. Bu səslər onu qorxudur və dərhal qoyunlarını götürərək ərazidən uzaqlaşmağa başlayır. Lakin çoban geriyə baxanda, Gökpınar gölünün su ilə dolduğunu və gözəl bir gölə çevrildiyinin şahidi olur.

Gökpınar gölü Gürün rayonunun mərkəzindən cəmi 10 km uzaqlıqdadır. Lakin Sivasın mərkəzindən bu möhtəşəm təbiət gözəlliyinə çatmaq üçün 146 km yol qət etmək lazımdır. Hər il yüzlərlə insan bu təbii ərazini ziyarət etmək üçün müxtəlif nəqliyyat vasitələrindən istifadə edir.



Избранный
30
22
demokrat.az

10Источники