RU

Azərbaycanın iki güləşçisi öz çəki dərəcəsində liderdir

Dünya Güləş Birliyi (UWW) 2024-cü il üçün yekun reytinq cədvəlini açıqlayıb.

SİA qurumun rəsmi saytına istinadən xəbər verir ki, cədvəldə Azərbaycan güləşçilərinin də mövqeləri bəlli olub.

Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kiloqram) və Ülvi Qənizadə (72 kiloqram) öz çəki dərəcələri üzrə liderdirlər. Nihat Məmmədli (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) isə ikinci pillədə qərarlaşıblar.

Sərbəst güləşçilərdən yalnız Nürəddin Novruzov (61 kiloqram) ilk üçlükdə yer alıb. O, öz çəki dərəcəsi üzrə ikincidir.

Qadın güləşində isə ən yaxşı nəticə üçüncü sırada yer alan Alyona Kolesnikə (59 kiloqram) məxsusdur.

Qeyd edək ki, siyahı tərtib edilərkən Olimpiya Oyunları, dünya və qitə çempionatları, eləcə də reytinq turnirlərinin nəticələri nəzərə alınıb.

Избранный
156
4
sia.az

5Источники