RU

Falqada yemək bişirmək, saxlamaq olmaz



Falqada bükülən, saxlanan, daşınan qidalar öldürücü bakteriyalarla çirklənə bilər. Falqa lazımi hermetikliyi təmin edə bilmir.

“Medicina” xəbər verir ki, biokimyaçı Zakari Kartrayt artıq yeməyin alüminium falqasında saxlamağın ziyanından danışıb.


“Falqa yeməyi sıx, kip əhatə etmir, adgeziyası yoxdur. Falqa içində balıq bişirmək və buterbrodlar üçün uyğundur.Falqa arasında qidayahava keçdiyi üçün təhlükəli bakteriyalar, o cümlədən stafilakokk , botilinium, listeriyalar çoxala bilər.

Bütün bunlar botulizm yaradan toksinlər ifraz edir.

Clostridium botulinumsinir sistemi, tənəffüs sistemi və əzələ iflicinə səbəb olur.

Listeria monocytogenes, bakteriyası isə listerioz adlı xəstəlik yaradır ki, bu da bir çox insanlar üçün ölümcüldür.

Alüminium özü də turş, duzlu qidalarla reaksiyaya girib, qida ilə bədənə keçə bilər.Alüminium neyrotoksiki sindroma-böyrəklərin, qaraciyər və sümük zədələnməsinəsəbəb olur."


Britaniyanın Lester universitetinin mikrobiologiya şöbəsinin baş mütəxəssisi Primrouz Fristoun qida qalıqları və yeməklərin hermetikkonteynerlərdə saxlanılmasını vacib hesab edir.Ya da buzluqda dondurmaq olar.


Aygün Musayeva

Избранный
33
medicina.az

1Источники