RU

İran harama əl atdı - Nüvə silahı istehsal ediləcək

Bakı. TurkicWorld:

İran nüvə proqramı hər zaman gündəmə gəldiyi zaman ölkənin ali dini lideri “ Nüvə silahının haram” olduğunu və Tehranın belə bir niyyətinin olmadığını deyir. Lakin İranın “Avropa üçlüyü” ilə Cenevrədəki görüşündən bir gün əvvəl Tehran Qərbin təzyiqlərinə cavab olaraq nüvə silahı istehsal etməyə tələsəcəyini söylədi.

Bu barədə TurkicWorld Arab.AZ-a istinadən xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi mətbuata açıqlamasında İran və Avropa danışıqlarının Cenevrədəki görüşünün “beyin fırtınası” olduğunu bildirib. Lakin o vurğulayıb ki, “Qərbin BMT sanksiyalarının yenidən tətbiqi ilə bağlı təhdidinin davam etməsi İran daxilində müzakirələri nüvə silahına malik olmaq istiqamətində sövq edə bilər”.

Bu görüş Pezeşkianın respublika prezidenti kimi fəaliyyətə başlamasından bəri ilk görüş olacaq və onun nəticələrinə ümidlər böyük olmasa da, İran mediası Donald Trampın Ağ Evə gəlməsindən iki ay əvvəl diplomatik çevikliyin vacibliyinə diqqət yetirir.

MAQATE-nin Rəhbərlər Şurası Britaniya, Fransa və Almaniyanın təqdim etdiyi qətnamənin lehinə 19 səs çoxluğu ilə səs verib və bu qətnamədə Tehranın agentliklə kifayət qədər əməkdaşlıq etmədiyi qeyd edilib.

İranın Atom Enerjisi Təşkilatının direktoru Məhəmməd İslami Tehranda hökumət iclası sonrası deyib: “İran həmişə əməkdaşlıq etmək arzusunu ifadə edib, lakin təzyiqlər qarşısında geri çəkilmək fikrində də deyil.”

İnqilab Keşikçiləri Korpusuna bağlı Tasnim agentliyinin məlumatına görə, Məhəmməd İslami onu da qeyd edib ki, “Avropa ölkələri yalan iddialarla təzyiq göstərməkdə israr edərlərsə, mənfi reaksiyalarla üzləşəcəklər”.

“İranda uranın zənginləşdirilməsi səviyyəsi, nüvə proqramına görə, 60 faizi ötmür.Bu proqram dincdir və şəffafdır və bütün fəaliyyətlər agentliyin nəzarəti altındadır”-deyə İslami vurğulayıb.

Buna cavab olaraq ABŞ Dövlət Departamenti bəyan edib ki, “İranda uranın 60 faizədək zənginləşdirilməsi dinc məqsədlər daşımır.”

Avropa İttifaqı İranın nüvə silahına malik olmasının qarşısının alınmasının əsas təhlükəsizlik prioriteti olduğunu vurğulayarkən, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın İranın nüvə silahı əldə etməməsini təmin etməyə sadiq olduğunu vurğulayıb.

Избранный
25
turkic.world

1Источники