RU

Paytaxtda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir

Bakı. Trend:

Piyadaların avtomobil yolunu keçməsində problem yaşanan daha birərazidə, Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-dəyeni piyada keçidinin inşası yekunlaşmaq üzrədir.

Trend xəbər verir ki, bu barədə AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, layihə üzrə keçidin ümumi uzunluğu 51 metr,daxili eni 3.50, pilləkənlərin eni 3 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5.8 metr olan keçid orta dayaqdanibarət, metal konstruksiyalıdır.

İki giriş-çıxışdan ibarət olan keçiddə müasir lift sistemləriquraşdırılır, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarətotağı qurulur. Layihə çərçivəsində yaxın günlərdə keçiddətəhlükəsizlik kameralarının quraşdırılması da nəzərdə tutulub.

Yeni yerüstü piyada keçidinin ətrafında artıq abadlaşdırılmaişləri görülüb.

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardanistifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadalarınavtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təminedəcək.

Tədbirlər planına uyğun olaraq zəruri olan digər ərazilərdə dəpiyada keçidlərinin inşası nəzərdə tutulur.

Məqalədə:
Избранный
28
13
az.trend.az

10Источники