RU

Türkiyədən İrana hazır geyim ixracı artıb

Bakı. Trend:

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin İrana hazırgeyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,6faiz artaraq, 22 milyon 833 min 70 dollara bərabər olub.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə İrana 3 milyon 590 min 63 dollarməbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilinoktyabr ayı ilə müqayisədə 40,1 faiz çoxdur.” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyəninhazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə7,3 faiz azalaraq, 15,1 milyar dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 15 milyard dollar məbləğindəhazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayıilə müqayisədə 5,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024)Türkiyə 18 milyard dollar məbləğində hazır geyim məhsulları ixracedib.

Məqalədə:
Избранный
11
50
az.trend.az

10Источники