RU

“Premium Bank”ın, “Bank Avrasiya”nın, “Bank Respublika”nın qeyri-faiz gəlirləri azalıb - SİYAHI

Azərbaycanda fəaliyyət göstərən banklar arasında Kapital Bank daha çox qeyri-faiz gəliri əldə edib. Bank 442 milyon 44 min manat dəyərində qeyri-faiz gəliri əldə edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,4% çoxdur.

İkinci yerdə olan “Azərbaycan Beynəlxalq Bankı” (ABB) 228 milyon 185 min manat dəyərində qeyri-faiz gəliri əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,7% çoxdur.

Üçüncü yerdə “Paşa Bank” qərarlaşıb, bankın qeyri-faiz gəlirlərinin həcmi 194 milyon 645 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,3% çoxdur. 

Valyuta.az bankların qeyri-faiz gəlirlərinin həcminə görə renkinqini təqdim edir. 

  Banklar Bankların qeyri-faiz gəlirləri (min manat) İllik dinamika 
1 Kapital Bank 442,044 33,40%
2 ABB 228,185 38,70%
3 Paşa Bank 194,645 17,30%
4 Unibank 84,96 9,20%
5 Rabitəbank 41,17 17,80%
6 Xalq Bank 32,129 56,80%
7 Azər-Türk Bank 29,801 35%
8 Bank Respublika 28,11 -1,30%
9 Yelo Bank 24,395 240%
10 Yapı Kredi Bank Azərbaycan 18,927 16%
11 Express Bank 15,293 9,20%
12 Turan Bank 14,758 79%
13 Access Bank 13,669 1,80%
14 Ziraat Bank Azərbaycan 13,667 24,60%
15 Bank of Baku 13,011 35,30%
16 Premium Bank 12,751 -6,70%
17 Azərbaycan Sənaye Bankı 11,502 37,40%
18 Bank VTB Azərbaycan 9,835 80,10%
19 AFB Bank 6,559 3,20%
20 Bank BTB  4,269 24%
21 Bank Avrasiya 1,86 -9,40%
      Valyuta.az

Nara

Избранный
58
valyuta.az

1Источники