RU

Polşa Prezidentinin Aİ-nin təxribat missiyasının "binokl şousu"nda iştirakı təəssüf doğurur -Bəhruz Məhərrəmov

Polşa Prezidenti Anjey Dudanın Avropa İttifaqının (Aİ) təxribat missiyasının "binokl şousu"nda iştirak etməsi təəssüf doğurur.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, COP29-da Azərbaycanın özünün qlobal lider missiyasını ləyaqətlə yerinə yetirməsi əslində regionda təcavüzkar niyyətlərini açıq müstəviyə keçirmiş Qərb imperializmi üçün fiasko demək oldu: "Vətən müharibəsi və antiterror tədbirləri, eləcə də COP29-da əldə olunan nəticələr Azərbaycan dövləti Prezident İlham Əliyevin təbirincə desək, elə daşları yerindən tərpədib ki, təcavüzkar qütb hələ də bizdən əl çəkmək istəmir. Belə ki, Aİ-nin “müşahidə missiyası”nın səyləri puça çıxandan sonra Ermənistan-Azərbaycan şərti sərhədlərində yenidən fəallaşması revanş missiyasına start verildiyini göstərir".

"Təssüflər olsun ki, bu prosesdə bəzi beynəlxlaq subyektlərin rəhbərləri vəzifə öhdəliklərinin və öz xalqlarının milli maraqlarını nəzərə almadan bu prosesdə alət kimi istifadə olunur. Polşa Prezidenti Anjey Dudanın Aİ təxribat missiyasının "binokl şousu"nda iştirak etməsi bu mənada təəssüf doğurur. Ancaq dünya güclərinin Azərbaycana yeganə təsir cəhdi binokllarla baxmaqdan o yana keçmir", - deputat qeyd edib.

Избранный
37
2
ikisahil.az

3Источники