RU

Gömrük orqanlarında xidmətə qəbulla bağlı YENİ QAYDA

Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qayda müəyyən edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük orqanlarında xidmət haqqında Əsasnaməyə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilmir.

Təklif olunan dəyişikliyə əsasən, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul ediləcəklər.

Qanun layihəsi səsə qoyularaq  III oxunuşda qəbul edilib.

 

Избранный
15
16
busaat.az

10Источники