RU

Maliyyə və sığorta fəaliyyəti sahəsində maaşlar artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq nominal əməkhaqqı 2 721,8 manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici dövlət sektorunda 3 276,0 manat, özəl sektorda isə 2 590,8 manat olub.

Ötən ilin eyni dövründə maliyyə və sığorta fəaliyyəti sahəsində dövlət sektorunda maaşlar 2 699,3 manat, özəl sektorda isə 2 249,2 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
14
1
banco.az

2Источники