"Cəbhət ən-Nusra" terror qruplaşması Hələb Universitetinin tələbə şəhərciyinin ərazisini atəşə tutub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Suriyanın dövlət agentliyi SANA məlumat yayıb.
"Terrorçuların Hələb Universitetinin tələbə şəhərciyini atəşə tutması nəticəsində dörd mülki şəxs həlak olub", - məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl Suriya Ordusunun bölmələri ölkənin inzibati mərkəzi olan Hələb şəhərinin şimalında və qərbində (Dəməşqdən 360 km aralıda) 20-dən çox yaşayış məntəqəsini işğal edən “Cəbhət ən-Nusra” qruplaşmasının yaraqlılarının mövqelərinə qarşı əks-hücum əməliyyatı keçirib.