RU

BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Məhəmməd Cavadzadə, Cavid Ayvazov, Əli Mehtizadə, Nihad Qasımov III Beynəlxalq Kimya Olimpiadasında uğura imza atıblar. 

BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a bildirilib ki, Türkmənistan Respublikasının Məhtimqulu adına Türkmən Dövlət Universitetində təşkil olunan olimpiadada BMU tələbələri Azərbaycanı uğurla təmsil edib və  II yerin sahibi olublar.  

Beynəlxalq Kimya Olimpiadasına ümumilikdə dünyanın 11 ölkəsindən 24 universitet və 211 tələbə qatılıb. 

Избранный
9
3
unikal.az

8Источники