RU

Kobaxidze Aİ səfirinə xəbərdarlıq etdi: Ritorikasını dəyişməsə, ...

Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski ölkənin daxili işlərinə qarışmağı dayandırmasa və ritorikasını dəyişməsə, Gürcüstan hakimiyyəti diplomatik tədbirlər görəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə respublikanın baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

Gürcüstanın baş nazirinin sözlərinə görə, Aİ səfiri uzun müddətdir ki, müxalifətin lehinə və Gürcüstan hakimiyyətinin əleyhinə bəyanatlar verir ki, bu da Vyana Konvensiyasının pozulmasıdır.
“Bir müddət biz bütün bunlara reaksiya vermədik, amma hər şeyin öz həddi var. Gələcəkdə davranışlarda dəyişiklik görməsək, o zaman həm Aİ səfirinə, həm də digər səfirlərə münasibətdə belə faktlara mütləq reaksiyamız olacaq. Söhbət diplomatik reaksiyadan gedir”, - Kobaxidze bildirib.

Избранный
703
ucnoqta.az

1Источники