RU

Qaya Məmmədov: Qərbi azərbaycanlıların öz torpaqlarına təhlükəsiz şəkildə qayıtması təmin olunmalıdır

Qərbi Azərbaycan İcmasının (QAİ) dekabrın 5-6-da təşkil edəcəyi “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda baş tutacaq ikinci beynəlxalq tədbir ərəfəsində mətbuat konfransı keçirilib.

 XALQ.AZ xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, QAİ üzvü, deputat Qaya Məmmədov, Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfiqar, digər rəsmilər və media nümayəndələri iştirak ediblər.

Əziz Ələkbərli konfransın keçirilməsində məqsədin qərbi azərbaycanlıların hüquq və mədəni irsinin bərpası olduğunu diqqətə çatdırıb:

“Tədbirdə qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək”.

Qaya Məmmədov bildirib ki, İcma bu tədbirləri keçirməklə qayıdış hüququ mövzusunu beynəlxalq miqyasda təbliğ edir:

“Dünyada qaçqın və köçkünləri sayı getdikcə artır. Bu problem köklü şəkildə həll edilməlidir. Onların öz torpaqlarına təhlükəsiz şəkildə qayıtması təmin olunmalıdır. İcmanın bu mövzuda konfrans keçirməsi bir növ dünyaya çağırışdır”.

Избранный
49
50
xalq.az

10Источники