RU

"Rusiya olmasa, Ermənistan da olmayacaq" - Tolstoy

Ermənistanın gələcəyi, müstəqilliyi, ölkə gənclərinin taleyi bu gün respublikanın indiki hökumətinin bəzi fiqurlarının öz ciblərinə doldurduqları milyonlarla dollardan qat-qat qiymətlidir.

"Unikal" xəbər verir ki, bunu Moskvada keçirilən “Rusiya-Ermənistan” II İctimai Forumunda Rusiya Federasiyası Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy deyib.

“Ermənistanda gənclər Ermənistan-Rusiya münasibətlərində hadisələrin necə inkişaf etdiyini izləyirlər və əslində seçim qarşısındadırlar ki, bu geosiyasi vəziyyətdə təbii ki, bir şirnikdiricilik yaranır. Mən o insanları çox yaxşı başa düşürəm ki, indi Qərb düşərgəsinə qoşulmaq, vaxtında “doğru tərəfdə” olmaq üçün imkanları olduğunu düşünürlər, lakin bu, qlobal miqyasda yanlış seçimdir”, - deyə Tolstoy qeyd edib.

O, həmçinin vurğulayıb ki, Rusiya tarixən onun tərkibində olan və ya müttəfiqi olan xalqlara qarşı heç vaxt sərt qaydalar və hökmlər tətbiq etməyib.

"Söhbət həmişə ortaq işlərdən və ümumi təhlükəsizlikdən gedirdi. Tarixdə elə məqamlar olub ki, Rusiya köməyə gəlib, faktiki olaraq Ermənistanı xilas edib. Mənə elə gəlir ki, bizim ümumi tariximiz də bu gün gənc nəslin etdiyi seçimlərə, Ermənistanın, prinsipcə, edəcəyi seçimlərə təsir etməlidir Yaxud, həqiqətən, Monte-Karlo olmaq istəyirlər? Təəssüf ki, bunların heç biri baş tutmayacaq. Münasibətlərimizin bir əsrlik tarixi onu göstərir ki, Rusiya olmasa, Ermənistan da olmayacaq. Lakin Ermənistanın hazırkı rəhbərliyi Qərblə yaxınlaşmaq kursunu seçib", - deyə siyasətçi bildirib.
 

Избранный
31
50
unikal.az

10Источники