RU

Türkiyədən Suriyadakı son hadisələrlə bağlı açıqlama...

Türkiyədən

Türkiyə Suriyada yeni mümkün destablizasiyanın qarşısını almağı son dərəcə vacib hesab edir və onun ərazi bütövlüyünün tərəfdarıdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli deyib.

“Sərhədimizin sıfır nöqtəsində olan İdlib və ona bitişik bölgədə əmin-amanlığın qorunması ölkəmiz üçün prioritet məsələdir", - deyə o bildirib.

Qeyd edək ki, “Təhrir əş-Şam” qruplaşması Hələb və İdlib istiqamətində hücuma keçərək, bir çox kəndi nəzarət altına alıb. Onlara qarşı Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə döyüşür.

Избранный
10
50
xalqcebhesi.az

10Источники