RU

SİLAHLI QRUPLAR HƏLƏBİ ƏLƏ KEÇİRDİ: minlərlə Əsəd tərəfdarı Dəməşqə qaçıb - Rusiya qırıcıları şəhəri bombalayır 

Suriyada prezident Bəşər Əsəd rejiminə müxalif olan və əsasən sələfilərdən ibarət olan "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşması artıq Hələbi ələ keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bölgədə Əsəd ordusu ilə yanaşı, İran və Rusiya hərbçilərinə qarşı son iki gündə qəfil və sürətli hücumları ilə üstünlük sağlayan HTŞ qüvvələri ümumilikdə 50-yə yaxın qəsəbə və kəndlərə daxil olduqdan sonra tarixi Hələb şəhərində böyük təlaş yaranlb.

Məlumata görə, qısa zamanda minlərlə Əsəd tərəfdarı paytaxt Dəməşqə doğru yola qaçıb: "HTŞ qüvvələri isə yaranmış qarışqlıqdan istfadə edərək, daha rahat formada Hələbə daxil olub və cəmi bir neçə saat içində şəhər tamamilə ələ keçirilib".

Xəbərdə o da deyilir ki, "Heyət Təhrir əş-Şam"ın Hələbdə rejim qüvvələrini təmizləməsinə adekvat olaraq Suriya və Rusiya qırıcıları şəhəri bombardmana başlayıb: "Rusiya döyüş təyyarələri Hələbin mərkəzinə, o cümlədən İdlib və Suriyanın şimalındakı Mare rayonuna da hava ağır zərbələri endirir".

Kremlin sözçüsü Dmitri Peskov HTŞ-nin başçılıq etdiyi qüvvələrin Hələbə doğru başlatdığı hücumu “Suriyanın suverenliyinə təhdid” kimi qiymətləndirib. O bildirib ki, "bölgədəki Rusiya qüvvələri hücumu dayandırmaq üçün hökumət qüvvələri ilə gərəkli addımları atır".

Samir Musayev

MİA.AZ

Избранный
102
8
mia.az

10Источники