RU

Rusiyalı futbolçu qətldə şübhəli bilinərək həbs edilib

Rusiyanın “Kvant” klubunun keçmiş futbolçusu Vitali Melnikov qətldə şübhəli bilinərək həbs edilib.

SİA-nın məlumatına görə, bu barədə “Tipik Obninsk” Telegram kanalı yazır.

Melnikovla birgədaha beş nəfər 2025-ci il yanvarın 18-dək həbs ediliblər.

Deməli, 31 oktyabr 2024-cü ildə həbs edilənlər Çexov şəhər rayonunda meşədə olarkən bir kişini şiddətli şəkildə döydülər. Qurban huşunu itirdikdən sonra hücum edənlər onu meşədə qoyub gediblər. Kişi aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bundan əvvəl, 2024-cü il oktyabrın 4-də Melnikovun matçların nəticəsinə mərc etdiyinə görə diskvalifikasiya edildiyi məlum olub.

Jurnalist İvan Karpovun Telegram kanalında yazdığı kimi, oyunçunun cəzası üç il olub, bunun iki il yarımı dayandırılıb. Cinayətini etiraf edən oyunçu altı ay ərzində meydançaya qayıda bilər.

“Kvant” Obninsk klubudur, İkinci B Liqasında çıxış edir. Komanda 28 oyunda 19 xal toplayaraq 3-cü qrupda sonuncu yerdədir. Bundan əvvəl bukmeker kontorlarında mərc edən daha iki futbolçu klubdan diskvalifikasiya edilib.

Nazlı Almuradova

Избранный
31
11
sia.az

10Источники