RU

Tbilisidə etiraz aksiyası dağıdıldı:43 İŞTİRAKÇI SAXLANILIB, 32 POLİS YARALANIB

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tbilisinin Rustaveli prospektindən etirazçıları tamamilə dağıdıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, nümayişçiləri dağıtmaq üçün polis yenidən su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

 

Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bundan əvvəl etirazçılar polisə müxtəlif əşyalar, tüstü bombaları atıb və polis əməkdaşlarının gözlərinə lazer tutublar.

 

Yaranmış qarşıdurma zamanı 32 polis əməkdaşı xəsarət alıb. Onlardan  13-nə cərrahiyyə əməliyyatı lazım olub, 1 polis hələ də xəstəxanadadır.

 

Polisə tabe olmamaq və inzibati qaydanı pozmaq ittihamı ilə 43 nəfər saxlanılıb.

 

Qeyd edək ki, ötən gün Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və qrantlardan imtina etdiyini bildirib. Bunun ardınca müxalifət Tbilisidə geniş aksiyalara başlayıb. Aksiyaya Prezident Salome Zurabişvili də qatılıb.

 

"Mən burada bu insanların yanındayam. Bacardığım qədər də burada, bunlarla bir  yerdə olacağam. Yeni seçkilər keçirilənə qədər bitməyəcək bir müqavimət başlayır", - deyə Prezident mitinqdə onu alqışlarla qarşılayan kütləyə müraciət edib.

 

Bundan sonra o, nümayişçilərin dağıdılması zərurəti yaranarsa, xüsusi texnikanın yerləşdiyi Azadlıq meydanına keçib. Zurabişvili təhlükəsizlik qüvvələri ilə danışmaq istəyib, lakin heç kim onunla dialoqa girməyib.


**

Son məlumata görə, Gürcüstan parlamentində təhlükəsizlik səviyyəsi “qırmızı”ya qaldırılıb.

 

Gürcüstan parlamentinin mətbuat xidmətindən bildirilib ki, ziyarətçilər üçün giriş məhdudlaşdırılıb. Parlament binasına yalnız deputatlar və aparat işçiləri buraxılacaqlar.



Tbilisinin Rustaveli prospektində, Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyası davam edir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiya iştirakçıları “Gürcü Arzusu”nun bugünkü – AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarına etiraz edir və hökumətin nəhayət, ölkənin Avropa kursundan əl çəkdiyini bildirirlər. Onların fikrincə, Gürcüstanın Avropa seçimi xilas edilməlidir.

 

Bir az əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvilinin də aksiyaya qoşulduğu bildirilir. 

O, Tbilisinin mərkəzindəki etirazçılarla xüsusi təyinatlılar arasında dayanıb. 

"Siz Rusiyaya, yoxsa Gürcüstana xidmət edirsiniz? Kimə and içmisiniz? Cavabla maraqlanıram. Öz Prezidentinizə cavab vermirsiniz? Gələcək barədə  düşünmürsünüz? Nə ölkənin, nə də uşaqların?", - deyə Zurabişvili təhlükəsizlik əməkdaşlarına müraciət edib.


Xüsusi təyinatlılar Prezidentə cavab verməyiblər.

 

Zurabişvili bir neçə təhlükəsizlik işçisi, etirazçılar və onlarla jurnalistin müşayiəti ilə ərazini tərk edib.



**22:41(28.11.2024)



Gürcüstan hakimiyyəti Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonuna qədər gündəliyə gətirməyəcək.

 

Senzor.az bildirir ki, bu barədə Baş nazir İrakli Kobaxidze “Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının ofisində keçirdiyi brifinqdə məlumat verib.

 

Kobaxidze qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanması Gürcüstanı təhdid etmək üçün alət kimi istifadə olunur. Bu cür təhdidlər Gürcüstana namizədlik statusu məsələsində də edilib.

 

“Avropa İttifaqına inteqrasiyanın mərhəmət kimi müzakirə olunması qətiyyən yolverilməzdir" - deyə, Kobaxidze vurğulayıb.

 

Baş nazir Avropa Parlamentini Gürcüstanla bağlı qətnaməyə görə sərt tənqid edib. Xatırladaq ki, Avroparlament qəbul etdiyi qətnamədə Gürcüstanda keçirilən parlament seçkilərini tənqid edərək təkrar səsvermənin keçirilməsinə çağırıb.

 

Bundan başqa, Avropa Parlamenti demokratiya standartlarına əməl olunmayacağı təqdirdə Avropa İttifaqını Gürcüstan vətəndaşları üçün vizasız rejimi yenidən nəzərdən keçirməyə çağırıb. Qətnamə 444 "lehinə", 72 "əleyhinə" və 82 "bitərəf" səslə qəbul edilib.

 

İ. Kobaxidzenin açıqlamasından dərhal sonra hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının mərkəzi ofisinin, parlament binasının qarşısında minlərlə insan toplaşıb.

 

Aksiyanın keçirildiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Paytaxtla yanaşı, Kutaisi və Batumidə də etiraz aksiyaları başlayıb.

 

Senzor.az



Избранный
111
31
senzor.az

10Источники