RU

"Avropa Ukraynanı öz aralarında bölüşəcək" - Rus kəşfiyyatı

Ukrayna-Rusiya müharibəsi şiddətləndikcə, Ukraynanın gələcəyi daha çox maraq doğururdu.

Turkustan.az xəbər verir ki,Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) açıqlamasında bəzi Avropa dövlətlərinin Ukraynanı öz aralarında bölmək istədiyini iddia edib.

Rusiya ilə Ukrayna arasında müharibədə gərginlik artdıqca, Rusiya Xarici Kəşfiyyat Xidməti tənqidi iddia ilə çıxış edib. Rusiya Xarici Kəşfiyyat Xidməti bəyanatında Almaniya, Ruminiya, İngiltərə və Polşanın Ukraynanı dörd yerə bölərək 100 mindən çox əsgərlə nəzarətdə saxlayacağını bildirib.

Qərbin Ukraynaya nəzarət etmək üçün onu işğal etməli olacağını bildirən kəşfiyyat rəsmiləri “sülh qüvvələri” adı altında Ukraynaya 100 min avropalı əsgərin göndəriləcəyini bildirib: "Əsgərlər isə Almaniya, Ruminiya, İngiltərə və Polşadan gələcək".

Rusiya kəşfiyyatının iddiasına görə, Ruminiya Qara dəniz sahil bölgəsinə, Polşa isə Ukraynanın qərb hissəsinə hakim olacaq. Almaniya ölkənin mərkəzi Kiyevə və şərq rayonlarına nəzarəti ələ keçirəcək. İngiltərə isə şimalda aktiv olacaq.

Aytən Yaşar/ Turkustan.az

Избранный
39
turkustan.az

1Источники