RU

Şarl Mişel postunu təhvil verdi


Avropa İttifaqı Şurasının Prezidenti və Belçikanın keçmiş Baş naziri Şarl Mişel öz səlahiyyətlərini portuqaliyalı Antonio Kostaya təhvil verib.
Yeniavaz.com
xəbər verir ki, Brüsseldə Avropa İttifaqı Şurasının qərargahında keçirilən mərasimlə şuranın yeni Prezidenti portuqaliyalı Antonio Kosta vəzifəsinin icrasına başlayıb.
“Biz ancaq birlikdə ümumi rifaha, iqtisadi inkişafa və iqlim transformasiyasına nail ola, Avropanın səsini beynəlxalq səviyyədə eşitdirə bilərik”, - deyə yeni Prezident mərasimdəki çıxışında bildirib.
Qeyd edək ki, ixtisasca hüquqşünas olan 63 yaşlı Kosta 2015-2023-cü illərdə Portuqaliyanın Baş naziri olub. O, litium və “yaşıl” hidrogenlə bağlı bir sıra layihələrdə korrupsiya hallarına dair yayılan iddialarla əlaqədar açılan cinayət işinə görə ötən ilin iyulunda vəzifəsindən istefa verib.
Избранный
27
yeniavaz.com

1Источники