RU

Əsəd meydanda tək qaldı – “Nə Putindən kömək var, nə İrandan”

2016-cı ilin sonunda Hələbdən geri çəkilən silahlı müxalifətin 7 il sonra yenidən geri dönməsi Suriyadakı rejimin başçısı Bəşər Əsəd üçün böyük meydan itkisidir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Hürriyət” qəzetinin analitiki Sədat Ərgin deyib.

Onun fikrincə, bu, Suriyaya nəzarəti ələ almağa çalışan Əsədə ağır zərbədir:

“Suriya ordusunun meydanda ciddi şəkildə parçalanması, heç bir müqavimət göstərə bilməməsi Əsədin hərbi baxımdan zəiflik və boşluqlarını açıq şəkildə göstərdi. Üstəlik, ən mühüm dəstəkçisi Rusiyanın Ukraynada apardığı müharibə və digər dəstəkçisi İranın İsrailə qarşı geriləməsi və “Hizbullah”ın Livandakı məğlubiyyəti Əsədi xaricdən dəstək baxımından çətin vəziyyətə salıb. Əsəd 2017-ci ildən sonra ən ağır günlərini yaşayır”.

Ərgin vurğulayıb ki, 2015-ci ildə Suriyaya müdaxilə edərək, Əsədin devrilməsinin qarşısını alan və onu bu prosesdən salamat çıxaran Rusiya lideri Vladimir Putinin müttəfiqini belə çətin vəziyyətdə görməkdən məmnun olmayacağı bəllidir:

“Baş verənlər Putinlə yanaşı, Əsədin də nüfuzunun itirilməsi deməkdir. Əsədin hazırlıqsız yaxalanması bir yana, Rusiya kəşfiyyatının “Heyət Təhrir əş-Şam”ın belə sistemli, planlı hücumu barədə əvvəlcədən xəbər almaması düşündürücüdür. Putin üçün mühüm dilemma ondan ibarətdir ki, Ukraynada müharibənin davam etdiyi vaxtda Suriyaya əvvəlki kimi çox vaxt və resurs sərf etmək lüksünə malik deyil.

Söhbət Ukraynada apardığı müharibə üçün Şimali Koreyadan hərbi dəstək alan Rusiyadan gedir. Rusiyanın Suriyadakı hərbi mövcudluğu “Heyət Təhrir əş-Şam”ı Hələbin qapılarına çata biləcək hücumdan çəkindirə bilmədi”.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
368
25
teleqraf.com

10Источники