RU

İpoteka və Kredit Zəmanət Fondu daha 1 sığortaçı seçir

İpoteka və Kredit Zəmanət Fondu əməkdaşlarının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətlərinin itirilməsi hallarından 3 illik icbari sığortalanması üçün açıq tender elan edib.

“Far.Az” xəbər verir ki, tenderdə iştirak haqqı 75,46 manatdır.

İddiaçılar təkliflərini dekabrın 26-na qədər Fondun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 26-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Tenderin ehtimal olunan qiyməti 37,728 min manat olması gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Fond əməkdaşlarının könüllü tibbi sığortalanması üçün açıq tender elan etmişdi.

Избранный
40
2
far.az

3Источники