RU

"Qapısına ən çox penalti təyin olunan komandayıq" - Ayxan Abbasov

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov "Kəpəz" ilə Misli Premyer Liqasının 15-ci turu çərçivəsində keçirdikləri matçı dəyərləndirib.

Fanat.Az xəbər verir ki, o, 0:1 uduzduqları oyunla bağlı fikirlərini belə çatdırıb:

"Ağır oyun olacağını bilirdik. Epizodları dəyərləndirə bilmirik. Sonluğu gətirə bilmirik. Əvəzində adi səhvlərdən qollar buraxırıq. Durumumuzu çətinləşdirmişik. Toparlanmalı və bu vəziyyətdən çıxmalıyıq. Qapısına ən çox penalti təyin olunan komandayıq. Amma bu oyunda baxdım, top oyunçumuzun əlinə dəymişdi.
Birinci dövrəni yaxşı keçirmişdik, görünür, azarkeşlər bizdən daha çox şey gözləməyə başlamışdılar. Amma hədəf bəllidir, Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən gələcəyimizə inanırıq.
Bu gün qapımıza qol vuran Luis Paçu "Turan Tovuz"da rəhbərliyim altında çıxış edib. Yayda danışığımız olmuşdi, "Şamaxı"ya gəlmək variantı var idi. Heyfslənmirəm, amma qış fasiləsində güclənməliyik".

Mirağa

Избранный
57
fanat.az

1Источники