RU

Diaspor nümayəndəsi Qırğızıstanda deputat seçildi – FOTO

Azərbaycan diasporunun nümayəndəsi Səlim Kərimov «Birlik» Qırğızıstan Azərbaycanlıları İctimai Birliyinin dəstəyi ilə Kant Şəhər Şurasının deputatı seçilib.

Bu barədə Apress.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Kant Şəhər Şurasının deputatı seçilən Səlim Kərimov göstərilən dəstəyə görə Birliyin rəhbərliyinə minnətdarlığını bildirib, ölkənin və xalqın rifahı naminə, həmçinin Azərbaycan diasporunun fəaliyyətində, Azərbaycan mədəniyyətinin təbliğində yaxından iştirak edəcəyini deyib.

Qeyd edək ki, Səlim Kərimov ictimai xadim olmaqla yanaşı, sahibkarlıq və xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.

Xatırladaq ki, ölkə üzrə azərbaycanlıların ən çox yaşadığı şəhər olan Kantda türk dünyasının görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçə mövcuddur. Bundan başqa, 2016-cı ildə Kant şəhəri ilə Quba rayonu arasında qardaşlaşma memorandumu imzalanıb.

1399881

Избранный
11
14
apress.az

10Источники