RU

Tbilisidə etiraz aksiyasında ölkə parlamentinin yerləşdiyi binanın pəncərələri sındırıldı

Tbilisidə hakimiyyət əleyhinə növbəti etiraz aksiyasında ölkə parlamentinin yerləşdiyi binanın pəncərələri sındırılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

"Mitinq başlayandan dərhal sonra aksiya iştirakçılarının bəzilərinin hərəkətləri zorakılığa çevrilib, ”, - məlumatda deyilir.

Eyni zamanda, bəzi mitinq iştirakçıları pirotexniki vasitələr, daşlar və müxtəlif ağır əşyalardan istifadə ediblər.

"Bir daha aksiyanın hər bir iştirakçısını öz etirazlarını qanuni, dinc formada bildirməyə və qanunsuz hərəkətlərə əl atmamağa çağırırıq”, - DİN əlavə edib.
Избранный
12
32
qaynarinfo.az

10Источники