Azad Suriya Ordusu artıq Suriyanın dördüncü ən böyük şəhəri olan Hamanın nəzarətini tam ələ keçirib.
Senzor.az bildirir ki, bu barədə Azad Suriya Ordusuna istinadən Qətərin “əl-Cəzira” kanalı məlumat yayıb.
Sosial şəbəkələrdə isə üsyançıların şəhərin ələ keçirilməsini qeyd etdiyi iddia edilən görüntülər yayılır.