RU

Aİ rəsmisi Ukraynaya qoşun göndərilməsini istisna etməyib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa ölkələri mümkün atəşkəsi qorumaq üçün Ukraynaya qoşun yeridə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə ANSA-ya Avropa İttifaqı (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
"Bu günə qədər hansı ölkələrin öz ordusunu Ukraynaya göndərməyə hazır olduğu müzakirə olunurdu, məncə, heç nəyi istisna etmək olmaz", - siyasətçi bildirib.
Kallasın sözlərinə görə, Avropa İttifaqı öz silahlı qüvvələrini bu ölkəyə göndərməklə Ukraynada atəşkəsin qorunmasında iştirak edə bilər.
Qeyd edək ki, Avropa Şurasının rəhbəri Antonio Kosta, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə üzrə yeni komissarı Marta Kos Kiyevdə səfərdədir.
Избранный
26
50
oxu.az

10Источники