RU

"Ukrayna əraziləri ilə bağlı özü qərar verməlidir" - Ağ Ev

Ukrayna münaqişənin həlli üçün ərazilərdən imtina etmək barədə müstəqil qərar verməlidir.

"Unikal" xəbər verir ki, bu fikri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ABC telekanalının efirində bildirib.

“Mən inanıram ki, Ukrayna öz müqəddəratını təyin edir və onun taleyini kənardan, o cümlədən ABŞ-nin üzərinə qoymaq olmaz. O ki qaldı ərazi, təhlükəsizlik və digər məsələlərə, mən bu barədə danışmayacağam. Düşünürəm ki, Zelenski bu haqda danışmalıdır, çünki söhbət onun ölkəsindən gedir”, - deyə o bildirib.

Sallivanın sözlərinə görə, Kiyev başa düşür ki, son nəticədə münaqişə danışıqlar yolu ilə həll olunacaq. “Bütün 2024-cü il ərzində biz Zelenski və onun komandası ilə fəal şəkildə qarşılıqlı əlaqədə olduq, bu danışıqların konkret olaraq nə ilə nəticələnə biləcəyini müzakirə etdik”, – Amerika liderinin köməkçisi əlavə edib.

Избранный
400
50
unikal.az

10Источники