Dekabrın 1-də bir neçə nüfuzlu Avropa veloturlarının dəfələrlə qalibi olan Kreşentso D’Amore faciəvi şəkildə ölüb.
Onun avtomobili Neapol yaxınlığında yol qəzasına düşüb. Polisin ilkin məlumatına görə, Kreşentso D’Amore sürüşkən yolda avtomobilin idarəetməsini itirib. Onun hərəkət edərkən infarkt keçirə biləcəyi versiyası da nəzərdən keçirilir. Məşhur velosipedçinin 45 yaşı var idi.
D’Amore peşəkar karyerasına 2000-ci ildə başlayıb. O, ciddi xərçəng diaqnozu səbəbindən karyerasını bitirmişdi, lakin sonradan xəstəliyə qalib gəldiyini bildirdi.
Sfera.az
Tarix: 2 Dekabr 2024, 08:59