RU

Qışda dərslər 1 saat gec başlasın — EKSPERTDƏN TƏKLİF

"Dekabr ayıdır, saat 8-ə qalır, amma hələ də ala qaranlıqdır. Küçələrdə məktəbə tələsən uşaqlar görünür. Hələ qışın sərt aylarında – yanvarda, fevralda – bu saatlar tamamilə zülmət olur. Sürüşkən yollar, soyuq hava və qaranlıq küçələr məktəblilər üçün təhlükəsiz deyil. Bununla belə, bu uşaqlar dərsə çatmaq üçün ən geci saat 7-də yuxudan oyanmağa məcburdurlar".

Demokrat.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. 

O bildirib ki, bu vəziyyət təkcə fiziki deyil, həm də psixoloji və akademik təsirlər yaradır: "Erkən oyanmaq kiçik yaşlı uşaqların təbii yuxu ritminə uyğun deyil. Onlar dərsə yorğun, diqqətsiz və motivasiyasız gəlirlər. Üstəlik, qaranlıqda məktəbə gedən şagirdlərin təhlükəsizliyi də ciddi narahatlıq doğurur".

Ekspert qış aylarında dərslərin 1 saat gec başlamasını təklif edib:

"Bu addım:

• Uşaqların sağlamlığını və təhlükəsizliyini qoruyar;

• Onların yuxu rejimini tənzimləyər və dərslərdə diqqəti artırar;

• Həm də valideynlər üçün bu erkən səhər tələsikliyini bir qədər yüngülləşdirər".

Избранный
9
20
demokrat.az

10Источники