RU

Məşhur reper azadlığa buraxıldı

Bir müddət öncə edama, sonra isə "hökumət əleyhinə təbliğat"a görə bir il həbs cəzasına məhkum edilən tanınmış iranlı reper Tumac Salehi İsfahan həbsxanasından sərbəst buraxılıb.

Kult.az xəbər verir ki, bu barədə İran məhkəməsinin "Mizan" saytı məlumat yayıb.

Xatırladaq ki, müğənni, reper Tumac Salehi etirazçılara dəstək məqsədilə oxuduğu mahnılarına görə 2022-ci il oktyabrın 30-da İran təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi.

Reper birinci məhkəmədə edam cəzasına məhkum edilsə də, sonradan onun barəsində irəli sürülən ittihamlar yüngülləşdirilib və edam cəzası həbs cəzası ilə dəyişdirilmişdi.

Избранный
12
12
axar.az

10Источники