RU

Tel Rifat PKK/YPG terrorçularından təmizləndi – Ərdoğanın daha 3 hədəfi var

Müxalif Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Tel-Rifat şəhərini PKK/YPG terrorçularından təmizləyib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb.

Qeyd edək ki, “Azadlıq şəfəqi” əməliyyatı dünən səhər saatlarında başlayıb, gün ərzində Tel-Rifat rayon mərkəzi mühasirəyə alınıb. Əməliyyat gecə boyunca davam edib və şəhər PKK/YPG terrorçularından təmizlənib.

Qeyd edək ki, PKK/YPG terrorçuları 2016-cı ildə Rusiyanın da hava dəstəyi ilə Tel Rıfat və ətrafındakı bəzi yaşayış məntəqələrini ələ keçirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Tel Rıfatın PKK/YPG terrorçularından təmizlənməli olduğunu bəyan edib.

Türkiyənin dəstəklədiyi müxalif Suriya Milli Ordusunun növbəti hədəfinin Menbiç olacağı proqnozlaşdırılır.  Türkiyə və müxalif Suriya Milli Ordusunun Menbicdən sonrakı hədəflərı  isə Türkiyə sərhədindəki Ayn-əl-Ərəb və Qamışlı sayılır. Çünki Türkiyənin məqsədi sərhədləri boyunca 25-30 km enində PKK/YPG terrorçularından təmizlənmiş təhlükəsizlik zolağının yaradılmasıdır.

Избранный
14
heftelik.az

1Источники