RU

Kredit kartları ilə Ginnesin “Rekordlar Kitabı”na düşdü

Hindistanda Maniş Dhameja adlı kişi 1638 müxtəlif etibarlı və aktiv kredit kartına sahib olmaqla adını Ginnesin “Rekordlar Kitabı”na yazdırıb. 

“Cebheinfo.az” xəbər verir ki, Dhameja kredit kartlarının onun üçün bir ehtiras olduğunu bildirib. O, kredit kartı kolleksiyasının ona gündəlik həyatında böyük rahatlıq və maliyyə çevikliyi təmin etdiyini bildirib. 

Dhameja açıqlamasında "Kredit kartlarıma olan bağlılığım sadəcə hobbi deyil, bu ehtiras Hindistanda 8 noyabr 2016-cı ildə qəbul edilən pul islahatı qərarı ilə daha da önəm qazandı. Hindistan hökumətinin 500 və 1000 rupilik əskinasları dövriyyədən çıxarması böyük çaxnaşma yaratdı. Həmin vaxtı kredit kartlarım həyatımı asanlaşdırdı. 

Banklarda nağd pul ardınca qaçmaq məcburiyyətində qalmadım. Kredit kartlarım sayəsində rəqəmsal ödənişlər edərək bu prosesi rahatlıqla aşdım”, - deyib. 

Избранный
10
cebheinfo.az

1Источники