RU

Trampın hakimiyyətə gəlməsi dünyada qlobal sülhün təminatı deməkdir?..- Analitik belə deyir...

“Suriyada baş verənlər də Bayden komandasının İsraillə birlikdə oynadığı oyundur...”
 
“Sözsüz ki, bu üç hadisə, proses arasında əlaqə var. Gürcüstanda gedən hadisələri Putin istəsə də, istəməsə də nəzarətində saxlamalıdır. Təkcə o deyil, eyni ilə Azərbaycan da diqqətli olmalıdır. Çünki Aİ-nin Azərbaycanı görən gözü yoxdur. Əllərindən gələni edirlər ki, ölkəmizi dünya ictimaiyyətinin gözündən salsınlar. Gürcüstan Azərbaycana qapıdır  və bu qonşu ölkə Azərbaycanın iqtisadi tərəfdaşıdır. Qlobal siyasət nöqteyi-nəzərindən Suriyada baş verən hadisələrlə Ukrayna və Gürcüstanda baş verənlər arasında əlaqə göz qabağındadır. Hər üç halda bu hazırkı ABŞ prezidenti Co Bayden komandasının oyunudur ki, yeni seçilmiş prezidenti Donald Trampı müharibə qarşısında qoysunlar. Aydındır ki, Trampın hakimiyyətə gəlməsi dünyada qlobal sülhün təminatı deməkdir. Bunu isə nə Aİ, nə də Rusiya istəmir”.
 
Bu fikirləri Moderator.az əməkdaşının “Qlobal siyasət, eləcə də geo-siyasət baxımından bu gün Ukrayna, Suriya və Gürcüstanda paralel olaraq baş verənlər arasında  hansı ümumi əlaqə var?” sualını cavablandırarkən siyasi analitik Tahir Cəfərli dilə gətirib.
 
“Yalan sözdür ki, Gürcüstan Rusiyanın nəzarətinə keçir. Ağlı başında olanlar bilirlər ki, Gürcüstanla Rusiya arasında hələ də diplomatik əlaqələr yoxdur. Olacağı da hələ məlum deyil. Sadəcə olaraq gürcü xalqı Aİ-nin ölkələrinə gətirdiyi mənəviyyatsızlıqlardan boğaza yığılıb və Gürcüstanın iqtisadi və siyasi və milli maraqlarından çıxış etmək istəyir”, - deyə davamında şərhçi bildirib.
 
“Suriyada baş verənlər də Bayden komandasının İsraillə birlikdə oynadığı oyundur- “islamçılar” adıyla ortaya düşmüşlər. Əlbəttə ki, heç nə edə bilməyəcəklər. Çünki Suriyanın köməyinə Misir, Səidiyyə Ərəistanı, İraq və başqaları gəlirlər. Sadəcə olaraq Suriyanın qələbəsi onların sonudur. Onların sonuncu nəfəsidir. Putinlə Trampın isə burada heç bir rolu yoxdur, yəni Suriyada gedən hadisələrdə əlləri yoxdur. Bununla belə, Rusiya Suriyada olan bazalarını itirmək istəməz və beləliklə, Putin Əsədin hakimiyyətdə qalması üçün əlindən gələni edəcək. Türkiyə burada uduza bilər, çünki “islamçı” adlanan qüvvələrin yarısı elə kürd “PKK”-çıları və onların yaraqlılarıdır. Və kürdlərin İdlibi və yaxın əraziləri ələ keçirtmələri Türkiyəyə meydan oxumaqdır. Yaxın Şərqdə baş verənlərin qarşısını ancaq Tramp ala biləcək. Yadınıza salın 16-ci illəri, o vaxt Tramp bütün müharibələri dayandırmaq istəyirdiŞ Əsədin devrilməsinin əleyhinə idi. Yaxın Şərqdə bu provokasiya Bayden komandasının sonuncu geo-siyasi oynudur ki, Tramp üçün problemlər yaratsınlar”, - deyə  analitik vurğulayıb.
 
Sultan Laçın
 
 
Избранный
25
moderator.az

1Источники