Almaniya kansleri Olaf Şolz son iki il yarım ərzində ilk dəfə Kiyevə səfər edib.
NOCOMMENT.az xəbər verir ki, Almaniya hökumətinin başçısı Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Şolz Kiyevə qatarla gəlib və onun səfəri “təhlükəsizlik səbəbi ilə” əvvəlcədən elan edilməyib.
Almaniya kansleri daha əvvəl bəyan etmişdi ki, Almaniya dekabrda Ukraynaya 650 milyon avro dəyərində silah tədarük edəcək.