RU

Tramp ailəsindən Baydenin oğlunun əfv olunmasına REAKSİYA

ABŞ-ın hazırkı prezidenti Co Baydenin oğlu Hunteri əfv etmək qərarı ədalətin pozulmasıdır. 

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin seçilmiş rəhbəri Donald Tramp Truth sosial şəbəkəsində yazıb.

"Co Baydenin Hunterə verdiyi əfv illərlə həbsdə olan 6 yanvar girovlarına da aiddirmi? Bu, sui-istifadədir və ədalətin pozulmasıdır!" – deyə Tramp qeyd edib. 

ABŞ-ın seçilmiş prezidentinin fikrini onun oğlu, kiçik Donald Tramp da dəstəkləyib.

O, sosial şəbəkədə belə yazıb:

"Hər kəs onun bunu edəcəyini bilirdi".

Kiçik Tramp əlavə edib ki, Bayden oğlunu əfv etmək qərarını prezident seçkilərində Demokratlar Partiyasına zərər verə biləcəyi üçün təxirə salıb.
 

Xatırladaq ki, Co Bayden qanunsuz silah saxlamaqda ittiham olunan oğlu Hunterin əfv edilməsi haqqında fərman imzalayıb. 


Ağ Evin sahibinin fikrincə, kiçik Baydenin cinayət törətməkdə ittiham olunması onun oğlu olması ilə əlaqəlidir.

Bizim.Media

Избранный
128
49
bizim.media

10Источники