RU

Elon Mask son qərarına görə Baydeni ittiham etdi

Amerikalı milyarder  Elon Mask ABŞ-nin hazırkı prezidenti Co Baydenin oğlu Hunteri əfv etmək qərarına münasibət bildirib.

Mask  hesab edir ki, bu cür hərəkətlər ABŞ-nin bütövlüyünü şübhə altına alır. Elon Musk özünün “X” sosial hesabında belə yazıb:

“Narkotik məsələlərinə əhəmiyyət vermirəm, lakin ABŞ-nin bütövlüyünü şübhə altına almaq Baydenə yaraşmaz”. Bayden daha əvvəl Hunter üçün əfv fərmanı imzalamışdı. O, oğlunun mühakimə olunmasını ədalətsiz hesab edir. Xatırladaq ki, Delaver və Kaliforniya ştatlarında Hunter Bayden silah saxlamaqda təqsirli bilinib. İttiham tərəfi Hunterin narkotik istifadəçisi olduğunu və buna görə də silah almaq hüququna malik olmadığını təkid edib. Kiçik Bayden də vergi cinayətləri ilə bağlı bütün ittihamları boynuna alıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
44
konkret.az

1Источники