Suriyadakı üsyançı “Heyət Təhrir əl-Şam” (HTŞ) qruplaşmas Həma vilayətində hökumət qüvvələrinin hərbi kəşfiyyat rəhbəri general Uday Qasanın sıradan çıxarıldığını elan ediblər.
Modern.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, Qasa kəşfiyyat əməliyyatlarının və müxalif qruplara qarşı hərbi əməliyyatların koordinasiyasında əsas rol oynayıb.
Hücum PG-7(M) tank əleyhinə döyüş başlığı ilə təchiz edilmiş pilotsuz uçuş aparatı (PUA) vasitəsilə həyata keçirilib.