RU

Dağıstanda terror şəbəkəsi yaratmaqda şübhəli bilinənlər həbs olunub

Mahaçqala məhkəməsi terror şəbəkəsi yaratmaqda və partlayıcı maddələr hazırlamaqda şübhəli bilinən Dağıstanın beş sakinini həbs edib.Missiya.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsindən bildirilib.

"Mahaçqalanın Sovet rayon məhkəməsi respublikanın beş sakini barəsində həbs qətimkan tədbiri seçib", - qeyd olunub.

Ali Məhkəmənin məlumatına görə, terror cəmiyyəti yaratmaq və partlayıcı maddələr hazırlamaq da daxil olmaqla bir sıra maddələr üzrə cinayət işləri açılıb.

Zərintac MayisqızıMissiya.Az

Избранный
8
6
missiya.az

7Источники