RU

Avtobus yoluna çıxanlar üçün mərhələli cərimələr olacaq - FOTO

Özbəkistanın paytaxtı Daşkənd nəqliyyat sıxlığına görə seçilir. Şəhərdə maşın çox olduğu üçün günün bəzi saatlarında meqa tıxaclar əmələ gəlir. 

Avtosfer.az xəbər verir ki, Daşkənddə də polis avtobus zolaqlarına çıxan sürücüləri cərimələyir. Düzdür, bu cərimələrin miqdarı azdır – manat ekvivalenti ilə heç 5 manat deyil. İndi isə məbləğ artırılır. 
Özbəkistan Parlamentinə daxil olan qanun layihəsində avtobus zolağına daxail olan sürücünün birinci dəfə 1,125 milyon som (təxminən 112 manat) cərimə edilməsi təklif olunur. Layihəyə görə il ərzində təkrar  qayda pozan şəxsin cəzasaı 1,875 milyon som (187 manat) ödəməlidir. 
Daşkənddə avtobus zolaqlarının salınması 2022-ci ildə başlayıb. Bu zolaqlara sağa və ya sola dönən istənilən nəqliyyat vasitəsi, həmçinin sərnişin düşürüb mindirən taksilər girə bilər. Lakin bu nəqliyyat vasitələri heç bir halda avtobusa mane olmamalıdır. 
Qayda pozuntularını isə əsasən avtobuslarda quraşdırılmış kameralar fiksasiya edir. Son bir ildə alınan avtobuslarda isə elə zavoddaca DİN-in sisteminə inteqrasiya edilmiş kameralar quraşdırılır.

Vüqar

FOTO QALEREYA
Избранный
12
avtosfer.az

1Источники