RU

Türkiyə ilə Rusiya Suriyada üsyançılara görə toqquşa bilərlər...

Image

Suriyada üsyançıların irəliləməsi Türkiyənin Rusiya ilə münaqişəyə cəlb olunma risqini artırır. Bu iddia ilə "Associated Press" çıxış edib. 

Agentlik iddia edir ki, Türkiyə qiyamçıların irəliləməsinə razılıq verib. 

"Reuters" isə Türkiyə rəsmilərinə istinadən, bu əməliyyatın əvvəlcə məhdud bir əməliyyat kimi planlaşdırıldığını, lakin Suriya ordusunun geri çəkilməsi ilə əməliyyatın genişləndiyini bildirib.

Qeyd edək ki, Suriyada bir neçə gün əvvəl müxalif silahlı qruplar Əsəd rejiminə qarşı qəfil hücum əməliyyatına başlayıblar. Artıq Hələb və İdlibi tam ələ keçirən müxaliflər Hamaya doğru irəliləyirlər.

TAHİR





Избранный
16
baki-xeber.com

1Источники