RU

RUS HƏRBÇİLƏRİ VƏ DİPLOMATLARI DƏMƏŞQDƏN QAÇIR... – “Vəziyyət Əsədin nəzarətindən çıxıb”

Rusiya hərbçiləri və diplomatları təcili olaraq Suriyanın paytaxtı Dəməşqi tərk etməyə başlayıblar. Artıq şəhərdə ilk silahlı toqquşmalar başlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Kəşfiyyatının yaydığı məlumatda deyilir.

Kəşfiyyat məlumatlarına görə, Rusiyanın dəstəklədiyi Əsəd rejiminə müxalif qüvvələr fəal şəkildə ölkənin cənubuna doğru hərəkət edir, ilk şəhər döyüşləri Həma, Homs və Suveyda şəhərlərində baş verib. Rusiya kontingentinin Həmadan qaçaraq Xmeymim bazasına təxliyyə edildiyi məlum olub. Xmeymimdə yerləşən Rusiya koordinasiya qərargahının rəhbəri general-polkovnik Aleksandr Juravlyov vəziyyətin Əsəd rejiminin nəzarətindən çıxdığını etiraf edib.

Ruslar həmçinin, Xan Şeyxun şəhərindəki hərbi bazada xeyli silah və texnika arsenalı qoyub qaçıblar. Ukrayna kəşfiyyatı qeyd edir ki, dekabrın 1-də Rusiya təyyarələri Xan Şeyxun ərazilərinə hava zərbələri endirib. Hücumun məqsədi, ehtimal ki, müxalif qüvvələrin əlinə keçən Rusiya hərbi texnikasının məhv edilməsi olub.

Rusiya qoşunlarının təşviş içində qaçışı fonunda rus kontingentinin komandiri, general Kiselin istefaya getməsi ərəbdilli mətbuatda geniş müzakirələrə səbəb olub.

Xəbərdə o da qeyd edilir ki, Suriyadakı Rusiya xüsusi təyinatlılarına komandirlik edən polkovnik Vadim Baykulov da Moskvaya geri çağırılıb. O, Hələbdə ona tabe olan şəxsi heyətin nəyə görə böyük itki verdiyini və hərbi texnikanın ələ keçirildiyini Kremlə izah etməlidir.

“AzPolitika.info”

Избранный
21
50
azpolitika.info

10Источники