RU

Polşa prezidentliyinə namizəd neonasistlərlə əlaqədə ittiham edilib

Polşanın ən böyük sağyönümlü partiyası olan "Hüquq və Ədalət" tərəfindən dəstəklənən prezidentliyə namizəd Karol Navrotski neonasistlərlə əlaqədə ittiham olunur.

“Far.Az” yerli mətbuata istinadən xəbər verir ki, bunu Donald Tuskun "Vətəndaş təşəbbüsü" partiyasını təmsil edən Avropa Parlamentinin üzvü Dariuş Yonski bildirib.

"Navrotski Vesterplatte abidəsi ərazisində tədbirin təşkilini neonasist köklərə malik olan qrupa həvalə edib. Bu, yolverilməzdir", - o qeyd edib.

Yonski həmçinin Navrotskinin cinayətkar aləmin və radikal qruplaşmaların nümayəndələri ilə guya əlaqələrinin olduğunu təsdiqləyən "Hüquq və Ədalət" partiyasının daxili hesabatına istinad edib.

Qeyd edək ki, Qdanskda yerləşən Vesterplatte abidəsi 1939-cu il sentyabrın 1-də İkinci Dünya müharibəsində ilk hərbi əməliyyatların başladığı əlamətdar yerdir.

Избранный
29
5
far.az

6Источники