RU

Taliban Əfqanıstanda təhsili necə dinləşdirir? - HESABAT

Əfqanıstanda radikal islamçı Talibanın dünya görüşünə zidd olan mövzular dərs kitablarından çıxarılır, dini məktəblər isə yayılmağa davam edir.
 

Sfera.az xəbər verir ki, Əfqan İnsan Hüquqları Təşkilatının ("Rawadari") ötən günlərdə ictimaiyyətə açıqladığı hesabatda, Talibanın son üç ildə ölkədəki məktəb və universitetlərin tədris proqramlarında etdiyi köklü dəyişikliklərə işarə edilib.
 

Əfqanıstanın Müstəqil İnsan Hüquqları Komissiyasının keçmiş rəhbəri Şahrzad Akbar tərəfindən qurulan bu təşkilat, ölkədəki insan hüquqları pozuntularını sənədləşdirir.
 

Hesabatda, Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra qız uşaqlarının altıncı sinifdən sonra orta məktəb və universitetlərə getmələrinin qadağan edilməsinə diqqət çəkilib və insan hüquqları ilə bağlı məsələlərin məktəb proqramlarından tamamilə çıxarıldığı vurğulanıb. Bu şəkildə, Taliban ideologiyası ilə ziddiyyət təşkil edən bərabərlik, azadlıq, insan və qadın hüquqları, seçki hüququ, demokratiya kimi mövzuların məktəblərdə tədris olunmasının qarşısı alınır.
 

Çeşidlilik Yox Edilir


 

Hesabatda, Talibanın təhsilə müdaxiləsinin yalnız bununla bitmədiyi də bildirilib. Bir çox etnik və dini azlığın yaşadığı ölkədə təhsil sisteminin inkluzivliyinə və təcrübələrinə son verilib..

Azlıqlara anadillərinin öyrədilməsi, öz dinləri, mədəniyyətləri və tarixləri ilə bağlı dərslərin verilməsi ciddi şəkildə məhdudlaşdırılıb. Hesabatda, həmçinin əlilliyi olan qız uşaqlarının oxuma-yazma və peşə təhsili proqramlarına daxil olmasının əhəmiyyətli dərəcədə məhdudlaşdırıldığı qeyd edilib.
 

Talibanın 2021-ci ildə hakimiyyətə gəlməsindən dərhal sonra Təhsil Nazirinin müavini vəzifəsindən uzaqlaşdırılan Serdar Məhəmməd Rahimi, "Taliban indiyə qədər dərs kitablarından bir çox mövzunu çıxarıb" deyib.
 

Rahimi bu gün Fransa'da sürgündədir və INALCO Universitetində qonaq professor olaraq fəaliyyət göstərir. O, Talibanın yeni dərsliklər hazırlamaq üçün hələ uyğun təcrübə və resurslara malik olmadığını bildirib: "Yeni dərslikləri tamamilə yenidən dizayn etmək və dərc etmək üçün həm mütəxəssislərdən, həm də texniki vasitələrdən məhrumdurlar. Təhsil sistemini əsaslı şəkildə yenidən qurmaq təxminən beş il çəkəcək", — deyə Rahimi bildirib.
 

Taliban hakimiyyətə gəldikdən sonra çox sayda mütəxəssis və akademik ölkəni tərk edib. Əlavə olaraq, islamçı hökumət son üç ildə bir çox müəllim və professoru məktəblərdən və universitetlərdən uzaqlaşdırıb və onların yerinə əsasən Taliban ideologiyasını təmsil edən dini məktəb məzunlarını təyin edib.
 

Dini Məktəblər Təşviq Edilir

 


 

Bir çox İslam ölkəsində fəaliyyət göstərən mədrəsələr, yəni dini məktəblərə, Əfqanıstanda Taliban tərəfindən nəzarət olunur. Bu məktəblərin əsas məqsədi, şagirdlərə İslamın ən sərt təfsirini öyrətmək və gələcək nəsillərin də bu şəkildə dini təhsil almasını təmin etməkdir.
 

Taliban 2021-ci ildə hakimiyyətə gələndən sonra, ölkədəki son iyirmi ildə qadın hüquqları sahəsində əldə olunan irəliləyişləri tamamilə geri alıb.
 

"Rawadari" hesabatında, həmçinin Beynəlxalq Əfv Təşkilatı kimi insan hüquqları qurumları da Əfqanıstanda "İslami olmayan davranışlar" sərgiləyən qadın və qız uşaqlarının həbs, gözaltında cinsi zorakılıq və açıq məkanlarda qamçılanma kimi amansız cəzalarla üzləşdiklərini müntəzəm olaraq bildirirlər. İnsan hüquqları qurumları, məktəbə getməsinə icazə verilməyən çox sayda qız uşağının zorla evləndirildiyini də vurğulayır.
 

Yeni Nəsil Dizayn Edilir
 

Taliban tərəfindən tətbiq edilən qanunlarla qadın və qız uşaqlarının həyatları və hüquqları ciddi şəkildə məhdudlaşdırılıb, bu məhdudlaşdırıcı qanunların Əfqanıstanda qadın cinsiyyətinin kriminalizə edilməsinə səbəb olduğunu bildirilir. Qanunlar qadınları yalnız ictimai sahədə üzlərini və bədənlərini örtməyə məcbur etmir, həm də evlərindən kənarda yüksək səslə danışmalarını belə qadağan edir.
 

Taliban, məktəb kitablarını öz ideologiyasına uyğunlaşdıraraq yalnız qız uşaqlarına və qadınlara qarşı zorakılığı və cəmiyyətdəki müxalif fikirləri boğmaqla kifayətlənmir, həm də uzun müddətdə hakimiyyətini təmin etmək üçün aşırı mühafizəkar nəsillər yetişdirməyi hədəfləyir.
 

Keçmiş Təhsil Nazirinin müavini Rahimi bütün bu mənfi vəziyyətlərə qarşı ümidini itirməyib. O, məktəb şagirdləri üçün onlayn təhsil planına dərhal ehtiyac olduğunu bildirərək, "Hazırda xüsusilə orta məktəbə getmək imkanı olmayan qız uşaqlarını tədris materialları ilə dəstəkləyən bir çox beynəlxalq layihə mövcuddur. Bu layihələr daha yaxşı əlaqələndirilsə, Əfqanıstandakı uşaqların təhsilinə əhəmiyyətli bir töhfə verilə bilər", - deyib.

 

İnci

Избранный
21
sfera.az

1Источники