Kiyev Moskvanı ikinci sülh sammitinə dəvət edəcək, lakin əminəm ki, o, sammiti pozmağa çalışacaq.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Kyodo Nyus"a müsahibəsində deyib.
O bildirib ki, Ukrayna tərəfi artıq sülh formulasının əsas bəndlərinə əsaslanan müfəssəl sənəd hazırlayıb.
"Biz mövqeyimizdən əl çəkmirik. Bütün liderlərin istədiyi kimi, Rusiya ikinci sammitdə olmalıdır. Onları dəvət edəcəyik", - Zelenski vurğulayıb.