“Kiyev Moskvanı ikinci sülh sammitinə dəvət edəcək, amma əminəm ki, Kreml sammiti pozmağa çalışacaq”.
“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müsahibəsində deyib.
O bildirib ki, Ukrayna tərəfi artıq sülh formulasının əsas bəndlərinə əsaslanan müfəssəl sənəd hazırlayıb.
“Bütün liderlərin istədiyi kimi, Rusiya ikinci sammitdə olmalıdır. Onları dəvət edəcəyik”, - Zelenski vurğulayıb.