RU

Bayden ilk dəfə Anqolaya səfər edib

ABŞ Prezidenti Cozef Bayden iqtidarı dövründə ilk dəfə Afrikaya – Anqola Respublikasına səfər edib.

Bakıvaxtı.az “Angop”a istinadən xəbər verir ki, onu fevralın 4-də Beynəlxalq Hava Limanında ölkənin xarici işlər naziri Tete Antoniu qarşılayıb.

Ağ evin Milli Təhlükəsizlik Şurasının Afrika ölkələri üzrə direktoru Frensis Braunun sözlərinə görə, Vaşinqton Anqolanı strateji tərəfdaş və regional lider kimi görür.

Məlumata görə, Luandaya səfəri çərçivəsində Bayden respublikanın G7 ilə tərəfdaşlığını və Anqolanı Konqo Demokratik Respublikası və Zambiya ilə birləşdirən, Tanzaniyaya Hind okeanı sahilinə çıxış perspektivi olan 800 kilometrlik dəmir yolunun tikintisini müzakirə etmək üçün prezident Joau Lourensu ilə danışıqlar aparacaq. Amerika liderinin həmçinin ABŞ-nin Afrika siyasətinin perspektivlərini açıqlayacağı gözlənilir.

Xatırladaq ki, ABŞ uzun müddət 1975-ci ildə müstəqillik əldə etdikdən sonra o zaman aparteid siyasəti həyata keçirilən CAR ilə birlikdə Anqola hökumətini tanımayıblar. Anqola ilə ABŞ arasında diplomatik əlaqələr yalnız 1993-cü ildə qurulub. Bu kontekstdə Baydenin bu səfərini tarixi hesab etmək olar.

Hazırda təxminən 38 milyon əhalisi və Afrikada ikinci ən böyük neft ixracı həcmi olan Anqola – təbii sərvətlərin bolluğunu nəzərə alaraq (almaz, mis, dəmir filizi, uran) qitənin ən perspektivli inkişaf imkanlarına malik dövlətlərindən biridir. İndiyədək ölkənin əsas tərəfdaşları Çin və Hindistan olsa da, son vaxtlar ABŞ ilə iqtisadi, siyasi və hərbi əlaqələri sürətlə inkişaf edir.

Избранный
14
4
bakivaxti.az

5Источники