RU

ABŞ hər zaman Gürcüstan xalqının yanındadır - Dövlət Departamenti

"Vaşinqton Gürcüstanın Avropa ilə daha geniş inteqrasiyadan uzaqlaşmağa yönəlmiş addımlarına görə narahatlığını açıq şəkildə ifadə edib və ABŞ Gürcüstan xalqının tərəfindədir".

Missiya.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mettyu Miller deyib.

"Bildiyiniz kimi, sanksiyaları bu tribunalardan əvvəlcədən müzakirə etmirik, lakin sanksiyalarla bağlı açıqlamalarımız olduqda, onları edirik. Siz artıq gördünüz ki, Gürcüstan hakimiyyətinin bəzi nümayəndələrinə qarşı sanksiyalar və viza məhdudiyyətləri tətbiq etdik, digər addımlar atdıq və Gürcüstan hökumətinə ayrılmış 95 milyon dollarlıq yardımı dayandırdıq. Biz açıq şəkildə bildirdik ki, Gürcüstanın Avropa ilə daha geniş inteqrasiyadan uzaqlaşmağa yönəlmiş addımlarından narahatıq", - deyə siyasətçi vurğulayıb.

Miller qeyd edib ki, ABŞ hər zaman Gürcüstan xalqının yanındadır.

Daşqın HəsənovMissiya.Az

Избранный
12
missiya.az

1Источники