RU

Hamilə qadınların hansı üstün əmək hüquqları var?- ÖZƏL

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görəqadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir". "Olaylar" xəbər verir ki, bunu deyən hüquqşünas Alim Hüseynlinin sözlərinə görə, bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habeləqadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərini işə götürməkdən imtina olunan hallara şamil olunmur: "İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərəgörə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədəişəgötürəndən yazılı cavab verilməsini tələb və hüququnun müdafiə olunmasıüçün məhkəməyə müraciət etmək hüququna malikdir. Qanunvericiliyəəsasən, əmək müqaviləsi bağlanılarkən hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti təyin edilmir.Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət normasıazaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər.

Yaş yarıma çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməkləyanaşı uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaşyarımına çatanadək başqa yüngül işəkeçirməlidir və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir. Bu zaman onların orta əmək haqqı saxlanılır və onların əmək haqqının azaldılması qanunvericiliklə qadağan edilir. Həmçinin əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltıtunellərdə, şaxtalarda və digər yeraltıişlərdə qadın əməyinin tətbiqi qadağandır.

Hamilə qadınların və 3 yaşına çatmamışuşağı olan qadınların gecə işlərinə, işvaxtından artıq işlərə, istirahət, iş günühesab edilməyən bayram və digər günlərdəişə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir. Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünəqulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik işvaxtının müddəti tərəflərin razılığı iləmüəyyən edilir. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan qadınların işdə saxlanılmasına üstünlük verilir.

İşəgötürən tərəfindən hamilə, habelə 3 yaşınadək uşağı olan və yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən qadınlarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
olaylar.az

1Источники